Vilnyus Universitetində Azərbaycan multikulturalizminə aid mühazirə oxunub
15 aprel 2015 15:43 (UTC +04:00)

Vilnyus Universitetində Azərbaycan multikulturalizminə aid mühazirə oxunub

Bakı Beynəlxalq Muıtikulturalizm Mərkəzinin layihəsi çərçivəsində Litva Pedaqoji Universitetində “Azərbaycan multikulturalizmi” fənnini tədris edən professor Rafael Həsənov Litvanın Vilnyus Univeristetinin Filologiya fakültəsində “Azərbaycanda multikonfesionalizm və multikulturalizm” mövzusunda mühazirə oxuyub. Mərkəzdən Lent.az-a verilən məlumata görə, professor Rafael Həsənov Litva Təhsil Universitetinin  Beynəlxalq Münasibətlər departamentinin müdiri, Vilnyus Universitetinin dosenti  doktor Loreta Çodzkiene tərəfindən dəvət olunub.

 

Mühazirənin əvvəlində Azərbaycan haqqında tanıdıcı film nümayiş etdirilib. Filmi izlədikdən sonra iştirakçılar mühazirəni dinləyib.


Daha sonra Litva Pedaqoji Universitetində “Azərbaycan multikulturalizmi” fənni üzrə təhsil alan tələbələrlə yanaşı, Vilnyus Universitetində təhsil alan İtaliyadan, Cənubi  Koreyadan, İspaniyadan və digər ölkələrdən olan tələbələr və universitetin müəllim heyəti də iştirak edib. İştirakçılar mühazirəyə çox böyük maraq göstərib və Azərbaycana gəlmək arzusunda olduqlarını bildiriblər. Sonda Rafael Həsənov tələbələrin Azərbaycanın multikulturalizm siyasəti ilə bağlı olan sualların cavablandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175
avatar

Oxşar yazılar