Respublika fənn olimpiadalarının final mərhələsinin açılışı olacaq
17 aprel 2015 16:25 (UTC +04:00)

Respublika fənn olimpiadalarının final mərhələsinin açılışı olacaq

Aprelin 18-də Respublika fənn olimpiadalarının final mərhələsinin açılış mərasimi keçiriləcək. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərin müxtəlif fənlərə olan marağının artırılması, onlara bilik və bacarıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması, məktəblilər arasında sağlam rəqabət hissinin formalaşdırılması və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarətdir.

 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” istedadlı uşaqların müəyyən edilməsi və onların inkişafına yönəlmiş bir sıra mühüm hədəfləri özündə əks etdirir. İstedadlı uşaqların aşkara çıxarılmasında isə olimpiadalar müstəsna əhəmiyyətə malikdir. Bunu nəzərə alaraq, Respublika fənn olimpiadaları Təhsil Nazirliyinin xüsusi nəzarəti altında şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilir.

 

Fənn olimpiadalarının 3 gün davam edəcək final mərhələsində Azərbaycanın 58 müxtəlif şəhər (rayon) məktəblərindən 480 şagird iştirak edir. Bu mərhələdə iştirak edən şagirdlərin 240 nəfəri mükafatçılar sırasına daxil olacaq. Bununla yanaşı, ilk dəfə olaraq, onlar arasında hər fənn üzrə “birincilərin birincisi” nominasıyası üzrə qalib də müəyyənləşdiriləcək.

 

Respublika fənn olimpiadalarının nəticələrinə əsasən, beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizəd şagirdlər seçiləcək.

 

Qeyd edək ki, fənn olimpiadaları üç mərhələdə keçirilib. Olimpiadanın I – rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird iştirak edib. 3700 şagirdin iştirak etdiyi yarımfinal mərhələsi isə Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194

Oxşar yazılar