[b]II və III qruplara qəbul imtahanı keçirilir[/b]
26 iyul 2018 09:13 (UTC +04:00)

[b]II və III qruplara qəbul imtahanı keçirilir[/b]

 

Bu gün 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir.

 

 

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 61 binada aparılır. İmtahanların idarə olunmasına 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2585 nəzarətçi-müəllim cəlb olunub.

 

İmtahanda 31904 abituriyentin iştirakı nəzərdə tutulub. Onlardan 14993 abituriyent II qrup üzrə, 16911 abituriyent III qrup üzrə imtahan verəcək.

 

 

Abituriyentlərdən 29370 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 13641, III qrup üzrə 15729 nəfər), 2534 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1352, III qrup üzrə 1182 nəfər) məzunudur. Abituriyentlərin 13849 nəfəri oğlanlar (II qrup üzrə 9419 nəfər, III qrup üzrə 4430 nəfər), 18055 nəfəri isə qızlardır (II qrup üzrə 5574 nəfər, III qrup üzrə 12481 nəfər). 24666 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 5865 nəfər əvvəlki illərin məzunlarıdır. 98 nəfər ali təhsil müəssisələrinin, 1275 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 163 abituriyent xarici ölkələrin vətəndaşlarıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2003-cü ildəndir.

 

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 875
avatar

Oxşar yazılar