<b>Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqləndi</b>
27 aprel 2018 18:11 (UTC +04:00)

Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilib:

 

Komissiyanın sədri

 

Novruz Məmmədov – Azərbaycan Respublikasının Baş naziri

 

Komissiyanın üzvləri

 

Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini

 

Akif Əlizadə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

 

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət naziri

 

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

 

Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri

 

Samir Nuriyev – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

 

İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

 

İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

 

İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri

 

Əhliman Əmiraslanov – Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb elmləri bölməsinin akademik-katibi

 

Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru

 

Abel Məhərrəmov – Bakı Dövlət Universitetinin rektoru

 

Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru

 

Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi

 

Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi

 

Altay Hacıyev – xalq rəssamı

 

Arif Məlikov – xalq artisti

 

Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

 

Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri

 

Mövlud Süleymanlı – xalq yazıçısı

 

Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254

Oxşar yazılar