[b]Bakının Baş planı nə vaxt hazır olacaq?[/b]
04 may 2019 09:37 (UTC +04:00)

[b]Bakının Baş planı nə vaxt hazır olacaq?[/b]

Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur. ONA-nın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2019-cu ilin 1-ci rübünün yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclasında çıxış edən Komitənin sədri Samir Nuriyev bildirib.
 
Onun sözlərinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Baş plan şəhər ərazisi daxilində torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadə növlərini müəyyənləşdirir və növbəti 20 il ərzində şəhərin inkişafında iştirak edən bütün qurumlar tərəfindən bu istiqamətdə fəaliyyətdə rəhbər tutulacaq əsas sənəddir.
 
Komitə sədri onu da bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş planının hazırlanması prosesinin beynəlxalq təcrübəyə uyğun olaraq 2 mərhələdə təşkil edib. Bu prosesin 1-ci mərhələsində əməkdaşlığa cəlb olunmuş nüfuzlu beynəlxalq məsləhətçi – “Boston Consulting Group” şirkətinin dəstəyi ilə Bakı şəhərinin inkişaf konsepsiyası hazırlanmış, habelə aparılmış hərtərəfli təhlil və hazırlıq işlərinin davamı olaraq 2018-ci ilin sonunda beynəlxalq şəhərsalma şirkətinin seçilməsi məqsədilə açıq tender elan edilib. Komitənin, aidiyyəti dövlət orqanlarının nümayəndələrindən və ictimai xadimlərdən ibarət olan tender komissiyasının qərarı ilə Bakı şəhərinin Baş planının hazırlanması üzrə tenderin qalibi Almaniyanın nüfuzlu “AS+P” şəhərsalma şirkəti seçilmişdir. Bakının Baş planının hazırlanması işinin artıq başlanılmış 2-ci mərhələsində Komitə “Boston Consulting Group” və “AS+P” şirkətlərinin iştirakı ilə şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılması, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlər aparacaq.
# 954
avatar

Oxşar yazılar

Cavanşir körpüsü tarixə QOVUŞDU:  SƏBƏB

Cavanşir körpüsü tarixə QOVUŞDU: SƏBƏB

21 may 2024 , 14:21
Əziz Orucov

Əziz Orucovun həbs müddəti uzadıldı

21 may 2024 , 14:16
 Leysan, qar, külək   - Sabahın HAVASI

Leysan, qar, külək - Sabahın HAVASI

21 may 2024 , 12:10
Cavanşir körpüsü hazırda - FOTO

Cavanşir körpüsü hazırda - FOTO

21 may 2024 , 10:02
Rayonlara leysan yağıb, Zaqatalaya dolu düşüb - FAKTİKİ HAVA

Rayonlara leysan yağıb, Zaqatalaya dolu düşüb - FAKTİKİ HAVA

21 may 2024 , 09:16
TikTok: xəbər səhrası,  yoxsa təbliğat vasitəsi?

TikTok: xəbər səhrası, yoxsa təbliğat vasitəsi?

20 may 2024 , 19:33
Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01