"Gələcək Naminə" Mingəçevirdə tədbir keçirib
14 aprel 2015 10:18 (UTC +04:00)

"Gələcək Naminə" Mingəçevirdə tədbir keçirib

0

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Ulu Öndər mirasıdır yurdum Azərbaycan!” layihəsi çərçivəsində Mingəçevir şəhərində Gənclər Evində tədbir keçirib. Lent.az-ın məlumata görə, birliyin sədri İsgəndər Ağakişiyev həyata keçirilən layihə barədə məlumat verib.

 

Layihənin eksperti, sözügedən şuranın məsləhətçisi Elnur Bağırlı Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamız üçün əhəmiyyətli dəyişikliklər və hadisələrdən, müsbət irəliləyişlərdən danışıb. Ekspert bu siyasi kursun prezident İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib, gənclərimizi vətənimizə layiqli, vətənpərvərlik ruhunda tərbiyə olunmağa, Milli Qəhrəmanlar Mübariz İbrahimov və Fərid Əhmədov kimi vətənsevər, qorxmaz, mərd olmağa səsləyib.

 

E. Bağırlı gənclərin fiziki, psixoloji və mənəvi sağlamlığının artırılması, gənclər arasında təbliğat işinin gücləndirilməsi üçün respublikamızda hər bir şəraitin yaradılmasından bəhs edib.

 

Tədbir diskussiya şəklində davam etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 307

Oxşar yazılar