“Rəvan” GMO məhsullar barədə bukletin təqdimatını keçirib
27 aprel 2015 13:25 (UTC +04:00)

“Rəvan” GMO məhsullar barədə bukletin təqdimatını keçirib

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Orta məktəb şagirdlərinin GMO məhsulların insan sağlamlığı üçün yaratdığı təhlükələr barədə maarifləndirilməsi” layihəsi çərçivəsində maarifləndirici xarakterli buklet hazırlanıb.

 

İctimai Birlikdən Lent.az-a verilən məlumata görə, aprelin 25-də pilot olaraq seçilmiş Yevlax rayon Yuxarı Qarxun kənd orta məktəbində bukletin təqdimatı ilə bağlı tədbir keçirilib. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Mikayıloğlu layihənin məqsədinin orta məktəblərin şagirdlərini GMO məhsulların insan sağlamlığı üçün yaratdığı təhlükələr barədə maarifləndirmək olduğunu bildirib və layihə çərçivəsində hazırlanmış buklet barədə məlumat verib. Buklet Yevlax rayonunda orta məktəb şagirdləri arasında paylanacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164
avatar

Oxşar yazılar