“Azərbaycana uyuşdurucu maddələr üçün xammal gətirilir” - <span style="color:red;">YENİLƏNİB
30 yanvar 2014 15:28 (UTC +04:00)

“Azərbaycana uyuşdurucu maddələr üçün xammal gətirilir” - YENİLƏNİB

Azərbaycana narkotik vasitələr və uyuşdurucu maddələr daha çox İrandan gətirilir.


 

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

 

Onun sözlərinə görə, ölkəyə bir-iki dəfə narkotik maddə keçirilməsi halı Rusiya sərhədində qeydə alınıb: «Ötən il DGK tərəfindən 130 kq-dan artıq narkotik və psixotrop maddələr tutulub. Bunların da çəkisinə baxanda üstünlük heroinin payına düşür. Bu da olduqca diqqəti cəlb edən bir faktdır».

 

Komitə sədri qeyd edib ki, artıq neçə vaxtdır ölkəyə kokainin gətirilməsi faktları qeydə alınmırdı: «Bununla bağlı bu il faktlarımız var. Ən qorxulusu isə odur ki, ölkə ərazisinə metaferominal gətirilir ki, bu da uyuşdurucu maddələr üçün xammaldır. Eyni zamanda, küllü miqdarda mobil telefonlar və zinət əşyaları aşkar olunaraq götürülüb».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1092
avatar

Oxşar yazılar