“103” mərkəzi dispetçer xidmətində yenilik
01 fevral 2013 18:16 (UTC +04:00)

“103” mərkəzi dispetçer xidmətində yenilik

Bakıda “103” mərkəzi dispetçer xidmətinə daxil olan zənglər onlayn təyin olunacaq. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səhiyyə Nazirliyinin Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “103” mərkəzi dispetçer xidmətinin təkmilləşdirilməsi işi sürətlə davam edir. Artıq dispetçer xidmətinə stasionar telefon şəbəkəsindən daxil olan zənglərin telefon nömrələri və ünvanları onlayn təyin olunacaq.

 

Bununla bağlı Səhiyyə Nazirliyinin müvafiq informasiya sistemi "Elektron hökumət" portalına inteqrasiya olunub, həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Stasionar telefonların abunəçi kartotekası üzrə informasiya sistemi” onlayn sorğusundan istifadə edilməklə elektron xidmət tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1397

Oxşar yazılar