Magistral yol Dairəvi yola birləşdirilir
17 aprel 2015 11:24 (UTC +04:00)

Magistral yol Dairəvi yola birləşdirilir

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Avtovağzal dairəsi adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə inşa edilən yeni yolda işlərin 80 faizi yerinə yetirilib. "Azəryolservis" ASC-dən Lent.az-a verilən məlumata görə, ümumi uzunluğu 1070 m olan yolda  445 m uzunluğunda 15 aşırımdan ibarət estakada da inşa olunub. Hazırda estakada üzərində məhəccərlərin quraşdırılması, təkərqaytaranların monolit-betonla tökülməsi və asfalt-beton örtüyünün döşənməsinə hazırlıq işləri gedir. Layihənin may ərzində istifadəyə verilməsi planlaşdırılır.

 

Sözügedən yol istifadəyə verildikdən Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri, habelə Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan sərhədi, Ələt-Astara-İran sərhədi və Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar Bakı-Sumqayıt yoluna daxil olmadan Respublika Stend Atıcılığı İdman Kompleksinə və  Bakı Dairəvi-1 avtomobil yoluna manesiz çıxa biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187
avatar

Oxşar yazılar