Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual xarici ölkədə bağlanmış nikahın Azərbaycanda etibarlı olub-olmaması ilə bağlıdır.
Xarici ölkədə bağlanan nikah Azərbaycanda etibarlı hesab olunur?
Lent.az xəbər verir ki, Ailə Məcəlləsinin 148-ci maddəsinə əsasən, ölkə hüdudlarından kənarda vətəndaşlar arasında, vətəndaşlar ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah (nikahın bağlanmasına mane olan hallar yoxdursa) Azərbaycanda etibarlı hesab edilir.