Trampı yenidən öldürmək  istədilər - YENİLƏNİB
15 sentyabr 2024 23:49 (UTC +04:00)

Trampı yenidən öldürmək istədilər - YENİLƏNİB

ABŞ Məxfi Xidməti prezidentliyə namizəd Donald Trampın olduğu yerin yaxınlığında baş verən atışma hadisəsini araşdırır.

Lent.az xəbər verir ki, bir müddət əvvəl eks-prezidentin oğlu internetdə Trampın qolf klubunun yaxınlığında, atışmanın baş verdiyi yerə yaxın AK-47 avtomat silahının tapıldığı və şübhəlinin saxlanıldığı barədə məlumat yayıb.

“New York Post” isə Trampın qolf klubunun qarşısında iki nəfərin bir-birinə atəş açdığını və eks-prezidentin hədəf olmadığını yazıb.

Qeyd edək ki, Daha əvvəl konqresmen Teylor Qrin ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı növbəti sui-qəsd edildiyini, onun sağ-salamat olduğunu bildirmişdi.

“The New York Post” isə mənbələrə istinadən Trampın həmin vaxt “West Palm Beach”dəki qolf klubundan çıxdığını yazır.

***

23:06

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı növbəti dəfə sui-qəsdə cəhd edilib.

Lent.az xəbər verir ki, bu barədə konqresmen Taylor-Green məlumat yayıb. O Trampın sağ-salamat olduğunu deyib.

Məlumata görə Trampın Florida ştatındakı qolf klubunun qarşısında atışma baş verib.

İnsidentdən sonra Trampın seçki qərargahı onun xəsarət almadığını bildirib: “Tramp Florida qolf klubu yaxınlığında silahlı atışmadan sonra təhlükəsizdir”.

“Reuters” isə Trampın olduğu yerə yaxın ərazidə atışma baş verdiyi haqda məlumat yayıb.

Digər təfərrüatlar hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1035
avatar

Oxşar yazılar