“Bu gün, saat 13.00-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Kompleksində Tofiq Yaqublunu növbəti dəfə müayinə etdik. Müayinə prosesində Penitensiar kompleksinin rəhbərliyi və Nazirliyin Tibb Baş İdarəsinin həkimləri də iştirak edirdilər.
Lent.az xəbər verir ki, bunu “Facebook” hesabında tanınmış cərrahı, tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
O bildirib ki, Tofiq Yaqublunun temodinamik göstəricilər kompensatoru stabildir. Aclığa bağlı çəki itkisi davam edir.
“Ümumi durumu keçirdiyi aclıq aksiyasına uyğundur, halsızlıq, ümumi zəiflik, yuxu pozuntusundan şikayət edir. Huşu aydındır. Su-elektrolit balansına dəstək və detoksikasiya məqsədilə qidalandırıcı tərkibi olmayan venadaxili infuziya aparıldı. İnfuziya ağırlaşmasız keçdi.
Aclığın 26-cı gününü, yaşını, yanaşı xəstəliklərini nəzərə alaraq ətraflı müayinələr aparmaq üçün Tofiq Yaqublunu ƏN Penitensiar Xidmətinin Müalicə müəssisəsinə keçirilməsi məsləhət görüldü. Hal-hazırda müalicə müəssisəsinə yerləşdirilib, sabahdan ətraflı müayinələr davam etdiriləcək”, - o qeyd edib.