Böyük Britaniyada “EuroMillions” lotereyasının naməlum iştirakçısı 177 milyon funt-sterlinq udub.
Lent.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Şanslı qalib noyabrın 26-da keçirilən tiraj zamanı multimilyonçu olub. Qalib nömrələr 07, 11, 25, 31 və 40 idi. Üstəlik, əvvəllər bəzi KİV səhvlə nömrələrin siyahısını dərc ediblər və “EuroMillions” nümayəndələri bununla bağlı əlavə müraciət etməli olublar.
177 milyon funt sterlinqlik cekpot Böyük Britaniya lotereya tarixində üçüncü ən böyük cekpotdur. Mükafatı aldıqdan sonra qalibin anonim qalmaq hüququ var. “Milad ərəfəsində nə gözəl qələbə. Biz onu ödəməyi səbirsizliklə gözləyirik”, - lotereya nümayəndəsi bildirib.