Ötən gecə Maştağada itkin düşən yeniyetmə qızların tapılması barədə xəbər vermişdik.
Polis tərəfindən tapılan məktəbli qızlar "Azərbaycan Uşaqları" İctimai Birliyinə yerləşdirilib.
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə Lent.az-a açıqlamasında bildirib ki, dünən tapılan 2 azyaşlı polis əməkdaşlarının iştirakı ilə təhlükəsizliyinin təmin edilməsi, hüquqlarının qorunması və reabilitasiya keçməsi məqsədi ilə sığınacağa qəbul edilib: "Tərəfimizdən dərhal hər iki uşaq ilkin tibbi müayinələrdən keçirildi. Hal-hazırda vəziyyətləri orta stabildir, psixoloji gərginlikləri var".