Sürücülərin NƏZƏRİNƏ:  Bakıda bu yollar bağlanır
26 oktyabr 2024 11:42 (UTC +04:00)

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yollar bağlanır

Oktyabrın 26-dan 27-nə keçən gecə saat 2 radələrindən 6 radələrinədək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün məhdudiyyətlər tətbiq edilməklə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd olunub ki, hava limanı istiqamətinə alternativ yol kimi sürücülər 20 Yanvar, Ziya Bünyadov, Qara Qarayev prospekti, Nargilə dairəsi kimi tanınan ərazidən Zığ yoluna keçməklı hərəkət edə bilərlər.

Bilgəh Kardioloji Sanatoriyasından Hava limanı istiqamətində məhdudiyyət tətbiq olunduğundan sürücülər Maştağa qəsəbəsi, Albalılıq ərazisi və Qala dairəsindən Zığ şosesinə keçməklə hərəkət edə bilərlər.

Cənubdan mərkəzə doğru, yəni "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimi isə sürücülər Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla 20 Yanvar və ya Yeni Yasamal ərazisindən keçməklə daxil ola bilərlər. 

Sürücülərdən monitorinq müddətində müəyyən istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətləri nəzərə almaları xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1737
avatar

Oxşar yazılar