Smartfonun təsiri  hansı cins üçün xüsusilə təhlükəlidir? - ARAŞDIRMA
06 may 2025 19:06 (UTC +04:00)

Smartfonun təsiri hansı cins üçün xüsusilə təhlükəlidir? - ARAŞDIRMA

Beynəlxalq alimlər qrupu aşkar edib ki, insanın cinsi smartfondan istifadə ilə bağlı təhlükə dərəcəsinə əhəmiyyətli dərəcədə təsir edir. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, araşdırma nəticəsində məlum olub ki, qadınlar kişilərə nisbətən internetdə mənfi rəylərdən daha çox narahatlıq və qorxu yaşayırlar. 

Araşdırmada orta yaşı təxminən 26 olan 400 nəfər iştirak edib. Bildirilir ki, iştirakçılar smartfona aludəçilik səviyyəsini, emosional sabitlik və sosial narahatlıq dərəcəsini müəyyən etmək üçün müxtəlif miqyasda qiymətləndirilib. Nəticələr göstərib ki, qadınlar öz telefonlarında daha çox vaxt keçirirlər və sosial şəbəkələrdə digər istifadəçilərdən mənfi reaksiyaların gözlənilməsi ilə bağlı emosional stress keçirmə ehtimalı əhəmiyyətli dərəcədə yüksəkdir.

Araşdırmanın həmmüəllifi, Etveş Loranda Universitetindən Neha Pirvani, işin qadınların həddindən artıq smartfon istifadəsinin təsirlərindən daha çox əziyyət çəkə biləcəyini göstərən əvvəlki araşdırmaları tamamladığını söyləyib. Bunun üçün əlavə dəstək tədbirləri və onların rəqəmsal məkanda təcrübələrinin xüsusiyyətlərinə diqqət yetirilməlidir.

Avropa Psixiatriya assosiasiyasının prezidenti, professor Qert Dom xatırladıb ki, Z nəslinin demək olar ki, bütün nümayəndələri smartfonlardan istifadə edirlər. O vurğulayıb ki, qadcetlərdən və sosial şəbəkələrdən istifadəni gənclər arasında psixi sağlamlıq problemlərinin, özünə zərər vuran davranışların, hətta intihar hallarının artması ilə əlaqələndirən çoxlu məlumatlar artıq mövcuddur. Onun fikrincə, məsələ mütəxəssislərdən və bütövlükdə cəmiyyətdən təcili diqqət tələb edir.

Araşdırmanın müəllifləri əmindirlər ki, rəqəmsal davranışda gender fərqlərini başa düşmək asılılığın daha effektiv diaqnostikasına və onun təsiri altına düşənlərə kömək etmək üçün strategiyaların hazırlanmasına kömək edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304

Oxşar yazılar