Sənədsiz evlərlə bağlı YENİ AÇIQLAMA
25 noyabr 2024 15:25 (UTC +04:00)

Sənədsiz evlərlə bağlı YENİ AÇIQLAMA

Sənədsiz evlərin sənədləşdirməsi problemi var.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

“Evlər sənədləşdirilsə, o bələdiyyəyə vergi verəcək. Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir. Torpaqların kateqoriyalılığı problemi var. Bir torpağın kateqoriyasının dəyişməsinə 6 nazirlikdən icazə alınmalıdır. Buna görə insanlar torpaqlardan istifadə edə bilmir", - deyə Siyavuş Novruzov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1350
avatar

Oxşar yazılar