Avqustun 8-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin Lent.az-a verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında Dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-33° isti olacaq.
Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunudan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacaq.