Azərbaycanın avtomobil yollarında yanvarın 23-də gözlənilən vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, sabah gecə və səhər Bakı-Quba, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yexlax, Quba-Qusar, Naxçıvan-Şahbuz, Bərdə-İstisu, Goranboy-Tərtər, Xaldan-Mingəçevir, Xankəndi-Xocavənd, Ağdam-Füzuli-Horadiz, Gəncə-Daşkəsən, Şuşa-Füzuli, Hacıqabul-Bəhramtəpə-Mincivan, Ağdam-Füzuli-Horadiz, Ələt-Astara, Salyan-Neftçala, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala, Ağsu-Kürdəmir-Bəhramtəpə, Ucar-Zərdab-Ağcabədi, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.
Bundan əlavə, dağlıq və dağətəyi rayonlarında bəzi yolların buz bağlayacağı ehtimalı var.