Sanqaçal istiqamətində Kür 1 xəttində baş verən qəza hadisəsinin aradan qaldırılması ilə bağlı işlər görülür.
Lent.az xəbər verir ki, bununla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yaydığı məlumatda bildirilir.
Qəzanın aradan qaldırılması ilə əlaqədar sentyabrın 16-sı saat 11:00-dan 16:00-dək Qaradağ rayonu ərazisinə, Lökbatan qəsəbəsinə və Səbayil rayonunun bir həssəsinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.