Polad Həşimovun adı ilə dələduzluq edir - Bu qadına DİQQƏT
12 mart 2022 18:02 (UTC +04:00)

Polad Həşimovun adı ilə dələduzluq edir - Bu qadına DİQQƏT

Özünü şəhid general-mayor Polad Həşimovun bibisi kimi təqdim edən qadın dələduzluq edir.

Lent.az xəbər verir ki, bu barədə şəhid generalın bacısı Kəmalə Həşimova özünün sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, Səkinə adlı qadın özünü Polad Həşimovun bibisi kimi təqdim edərək başqa məqsədlər üçün istifadə edir:

“Rəsmdə gördüyünüz bu qadın öz dediyinə görə əslən Gəncəli olsa da, Bakıda yaşayan Səkinədir. Başqa ziyarətçilər kimi evimizə gəlib rəsm də çəkdirib. Amma bu qadının bizim ailəmiz ilə heç bir qan bağı yoxdur. Hər yerdə Poladın bibisiyəm deyərək başqa məqsədlər üçün istifadə edir. Müxtəlif şirkətlərə gedərək yardım istəyir, pul yığır. Çox xahiş edirəm əgər bu adla kiməsə yaxınlaşarsa həddini bildirin. Mənim Fatma adında xanım-xatun bir bibim var. Çox qürurlu və məğrur bir qadındır. Belə dələduzlara fürsət verməyin”.

Dələduzluq etdiyi iddia olunan Səkinə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6087
avatar

Mehman Nəbiyev

Oxşar yazılar