Məktəbdə  halı pisləşən   12 yaşlı qızın  hamilə olduğu   ortaya çıxdı
21 yanvar 2025 17:34 (UTC +04:00)

Məktəbdə halı pisləşən 12 yaşlı qızın hamilə olduğu ortaya çıxdı

Elazığda məktəbdə halı pisləşən və xəstəxanaya aparılan 12 yaşlı qızın 5,5 aylıq hamilə olduğu aydın olub.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, dayısı tərəfindən dəfələrlə cinsi zorakılığa məruz qalan 12 yaşlı qız məktəbdə vəziyyəti pisləşərək xəstəxanaya aparılıb. Uşağın 5,5 aylıq hamilə olduğu məlum olub. Həbs edilən dayı həbsxanaya göndərilərkən Ailə Nazirliyi uşağı ailədən alaraq mühafizəyə götürüb.

Xəbərə görə, Elazığin bir kəndində ailəsi ilə birlikdə yaşayan 12 yaşlı qız hər gün kənddəki məktəbə gedir. Həftə sonları Elazığın başqa bir rayonunda, məktəbə yaxın olan nənəsinin evində qalırdı. Nənəsinin evində dəfələrlə cinsi zorakılığa məruz qalan uşaq bu ayın əvvəlində məktəbdə xəstələnərək rayon səhiyyə mərkəzinə aparılıb.

Ailənin istəyi ilə o, Diyarbəkirə köçürülüb və 5,5 aylıq hamilə olduğu məlum olub. Uşağın dünyaya gəlməsi onun sağlamlığı üçün təhlükə yaradacağından həkim müdaxiləsi ilə körpə götürülüb. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2766
avatar

Oxşar yazılar