Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, mayın 6-da Naxçıvan MR, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, Samux, Gəncə, Göygöl, Naftalan, Goranboy, Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Quba, Qusar, Laçın, Kəlbəcər, Füzuli, Zəngilan və Cəbrayılda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.