Koronavirusla bağlı SON STATİSTİKA
24 oktyabr 2021 17:23 (UTC +04:00)

Koronavirusla bağlı SON STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2036 yeni yoluxma faktı qeydə alınıb, 1045 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 516 325 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 484 604 nəfər müalicə olunaraq sağalıb, 6 894 nəfər vəfat edib, aktiv xəstə sayı 24 827 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 325, ötən müddət ərzində isə ümumilikdə 5 108 298 test aparılıb.

# 1143
avatar

Oxşar yazılar