Kartof-soğanın qiyməti niyə belə artdı? – Satan narazı, alan incik
08 may 2025 13:59 (UTC +04:00)

Kartof-soğanın qiyməti niyə belə artdı? – Satan narazı, alan incik

Bazarlarda kartof və soğanın qiymətində artım müşahidə olunur. Baxmayaraq ki, artıq təzə kartof, soğan piştaxtalara çıxardılıb. Gördüyünüz bu məhsul yerli, təzə kartofdur, qiyməti 3.50, 4 manat arasında dəyişir. Bəs maraqlıdır ki, qiymət artımına hansı amillər təsir edir?

Onu da qeyd edək ki, həm satıcılar həm də, alıcılar qiymət artımından gileylənirlər. Satıcılar bildirirlər ki, qiymət baha olduğu üçün bazarda alver zəif olur.  

Bu mövzu ilə bağlı video materialı təqdim edirik:

 

Bazardakı satıcı belə deyir: “Kartof soğanın qiyməti fəsil ilə əlaqədar olur. Köhnə kartof qıtlaşır, bitənə yaxın qiymət başlayır bahalaşmağa. Yeni kartof gəlir, onu əvəzləyir, keçid dövrü olur. 50 qəpik fərqləri var. Və ya qonşu ölkələrdən gəlir. İrandan, Türkiyədən, hətta Pakistandan da kartof gəlir, onların keyfiyyəti bizimki qədər deyil. Ona görə kartofun qiyməti, xaricdən gələnlərdən fərqlidir”.

Maraqlıdır indi məhsulun qiymət artımı nə qədərdir?

Satıcı bir daha deyir ki, artım 50 qəpik civarında dəyişir: “Soğan da eyni, kasadlaşıb köhnə soğan bitib. Elə ötüb ki, sahibkar, fermer yağış yağıb onu çıxarda bilmir, bazara gətirə bilmir. Onda da qiymətlər fəqrli olur. Gətiridi bizə 50 kisə, yağışla əlaqədar gətirib 5 kisə .”

Başqa bir satıcı isə fikrini belə bildirir: “Bu məhsul Türkiyənindir, qiyməti 1 manat 30 qəpik. Bu Pakistan məhsulunun qiyməti 1 manat 50 qəpikdir. O da Pakistan məhsuludur. Amma 1 manat 30 qəpiyə satırıq. Bu da İran soğanıdır 1 manatdır. Yerli kartof bahadır, Cəlilabad kartofu indi 2 manatdır, Şəmkir 4 manat. Bu vaxt kartofun qıtlıq vaxtıdır. 10-15 günə Cəlilabad məhsulu çıxandan sonra qiymət olacaq 60-70 qəpik.

Alıcılar isə deyir ki, kartof, soğan biraz bahadır: “Həmişə bu vaxtı 1.50 qəpiyə alırdıq, 2 manat 50 qəpikdir. Təzə kartof 3 manat 50 qəpikdir”.  

Digər alıcı bunları söyləyir: “Yayda rayondan alıb qoyuram, hazır qalır. Əvvəlkilərdən fərqi var, kartofda da, soğanda da, qalxıb hə. Məsələn, kartofu əvvəllər 70, 80 qəpiyə alırdıq indi 1.30. Soğan da həmçinin. Onlar da deyir ki, bizik deyil.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1290

Oxşar yazılar