İmişlidə dəhşətli qəzaya səbəb olan avtomobilin sükanı arxasında yeniyetmə olub.
Lent.az-ın əldə etdiyi xəbərə görə, araşdırmalar nəticəsində məlum olub ki, YPX avtomobilinin qarşısına çıxan “Mersedes” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin sürücülük hüququ olmayıb. Onun 17 yaşı var və dayısına məxsus avtomobillə hərəkət edib.
Qeyd edək ki, ötən gün İmişlidə xidmətə gedən DYP-nin avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.
Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.