Hazırda bu rayonlara leysan yağır   - FAKTİKİ HAVA
22 oktyabr 2024 18:36 (UTC +04:00)

Hazırda bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

Oktyabrın 22-si saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində davam edən yağıntılarda fasilə yaranıb.

Xidmətin rəsmisi Gülnarə Abbasova bildirib ki, Bakıda və Abşeron yarımadasında və eləcə də, Naxçıvan MR-da, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy bölgələrində yağıntılar tədricən kəsilib. Lənkəran-Astara, Mərkəzi Aran və Balakən-Şəki zonasının bəzi yerlərində isə qısamüddətli yağıntılı hava şəraiti müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2613
avatar

Oxşar yazılar