Braziliyanın “Embraer” təyyarə istehsalı konsorsiumu AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı rəsmi açıqlama verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət təyyarənin göyərtəsində uçuşlara mane olacaq heç bir qüsur aşkar edilmədiyini, hətta bunu “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin də təsdiqlədiyini bəyan edib:
“Həlak olanların ailələrinə, dostlarına, həmkarlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz bütün prosesləri yaxından izləyirik və müvafiq orqanlara tam dəstək verməyə hazırıq”.