Əksər rayonlara yağış yağıb - FAKTİKİ HAVA
26 aprel 2025 12:32 (UTC +04:00)

Əksər rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Aprelin 26-sı saat 12:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 26-sı saat 12:00-a olan məlumatına əsasən 25-i gün ərzində əksər rayonlarda hava şəraiti yağıntılı və küləkli keçib, arabir şimşək çaxıb.

Düşən yağıntının miqdarı Qaxda 6, Gədəbəydə 5, Şahbuz, Daşkəsən və Şəkidə 3, Kəlbəcər, Sədərək və Balakəndə 2, Naxçıvan, Naftalan, Qəbələ, Xınalıq, Zaqatala, Qrız, Mingəçevir, Göygöl, Gəncə, Goranboy, Şəmkir, Tərtər və Yevlaxda 1 mm-dək olub.

Qərb küləyi əsib, küləyin maksimal sürəti Göyçayda 22, Mingəçevirdə 18, Naxçıvanda 16, Şərurda 15 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 32, Aran rayonlarında 27, dağlıq rayonlarda isə 18 dərəcəyədək isti qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474

Oxşar yazılar