Bu gündən etibarən yaşayış binalarına istiliyin verilməsinə başlanır.
Bu sözləri Lent.az-a açıqlamasında “Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı söyləyib.
O bildirib ki, bu il də istilik mövsümü noyabrın 15-də başlayır:
“İstilik mövsümünə hazırlıq çərçivəsində 557 qazanxana və 88 istilik məntəqəsi işə salınıb. Gün ərzində qurumun balansında olan yaşayış və qeyri-yaşayış binaları istiliklə təmin olunacaq”.