Dünyada bir ilk  - Uşaqlara sosial şəbəkəyə girmək qadağan olundu
28 noyabr 2024 22:57 (UTC +04:00)

Dünyada bir ilk - Uşaqlara sosial şəbəkəyə girmək qadağan olundu

Avstraliyada 16 yaşından kiçik uşaqlar üçün sosial medianı qadağan edən qanun layihəsi Senatda qəbul edilib.

Lent.az xəbər verir ki, Avstraliya qadağanı qəbul etməklə dünyada belə bir qadağa tətbiq edən ilk ölkə olub.

Avstraliyada parlamentin aşağı palatası olan Nümayəndələr Palatası daha əvvəl Avstraliyanın Baş naziri Entoni Albanesin təklif etdiyi 16 yaşdan kiçik uşaqların sosial media qadağasını 13 əleyhinə, 102 leyhinə səsi ilə qəbul edib.

Nümayəndələr Palatasının ardınca bu gün Avstraliya Senatı qadağaya səs vermək üçün toplaşıb.

Gecə boyu davam edən senatın iclasında 16 yaşdan kiçik şəxslərin sosial media qadağası 19 əleyhinə, 34 leyhinə səslə qəbul edilib.

Avstraliya 16 yaşdan kiçik insanlara sosial media qadağası tətbiq edərək dünyada belə bir qadağa tətbiq edən ilk ölkə oldu.

2025-ci ilin noyabrında qüvvəyə minməsi gözlənilən qadağa həm də ciddi sosial media nəzarətini özü ilə gətirir.

Qanun layihəsi çərçivəsində yaş məhdudiyyətini tətbiq etmək üçün biometrik və ya şəxsiyyət məlumatlarını daxil edə bilən yaş yoxlama sisteminin sınaqdan keçirilməsi planlaşdırılır.

Instagram, Facebook, TikTok, X və Snapchat kimi məşhur sosial media şəbəkələrinin də yer alacağı gözlənilən qadağaya əməl etməyən sosial media platformalarının 32 milyon dollar cərimə ediləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630
avatar

Oxşar yazılar