Dayanma-durma cərimələri nə qədər vaxta sürücüyə göndərilməlidir?
25 fevral 2022 09:45 (UTC +04:00)

Dayanma-durma cərimələri nə qədər vaxta sürücüyə göndərilməlidir?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu dayanma-durma cərimələri ilə bağlıdır.

Bəzən sürücülər dayanma-durma cərimələrinin xətatnın törədildiyi vaxtdan çox gec müddətə gəldiyini bildirirlər. Bu barədə dəfələrlə sosial şəbəkələrdə də paylaşımlar edilib. Sözügedən halla rastlaşan sürücülər bildirir ki, cərimələrin gec gəlməsi ucbatından xətanın qeydə alındığı yerdə bilmədən təkrar avtomobili saxlayırlar. Bunun nəticəsində isə sürücüyə artıq həmin yerdə bir neçə dəfə cərimə yazılır.

Bəs görək, dayanma-durma qaydalarının pozulmasına görə, cərimə protokolları nə qədər vaxta avtomobil sahibinə göndərilməlidir?

Rubrikamızın sualına Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev aydınlıq gətirib. O bildirib ki qanunvericilikdə bununla bağlı konkret müddət nəzərdə tutulmayıb:

“Cərimələr əksər hallarda tez bir zamanda sürücüyə göndərilir. Bütün protokollar texniki vasitələrlə qeydə alınır. Lakin həmin vasitələrin anında protokolu tərtib edərək sürücüyə göndərmək imkanı yoxdur. Bunu xüsusi əməliyyatçı əməkdaşlarımız edir. Onlar protokolu nə zaman təhlil edib dəqiqləşdirsələr o zaman da cərimə protokolu tərtib olunaraq avtomobil sahibinə ünvanlanır. Cərimələrin nə qədər müddətə göndərilməsi barədə konkret müddəa yoxdur. Həmin protokollar sürücüyə 20 günə qədər də gəlib çata bilər”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci (dayanma, durma qaydalarının pozulmasına görə) maddəsinin tələblərini pozan sürücülər 20 manat cərimələnir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4450

Oxşar yazılar

Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

1 aprel 2025 , 20:04
İntim əlaqədə  olmaq istənməməsinin   SƏBƏBLƏRİ

İntim əlaqədə olmaq istənməməsinin SƏBƏBLƏRİ

1 aprel 2025 , 19:59
Nigar Fərhadın verilişi bağlandı

Nigar Fərhadın verilişi bağlandı

1 aprel 2025 , 18:13
Güclü külək  XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

1 aprel 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

1 aprel 2025 , 16:48
Bakı Psixologiya Mərkəzi qadınlar üçün  məsləhətlər təşkil edib

Bakı Psixologiya Mərkəzi qadınlar üçün məsləhətlər təşkil edib

1 aprel 2025 , 16:38
Sulu qar yağacaq - XƏBƏRDARLIQ

Sulu qar yağacaq - XƏBƏRDARLIQ

1 aprel 2025 , 16:07