Bu siniflərdə dərslərin açılması yubana bilər - SƏBƏB
27 yanvar 2021 12:37 (UTC +04:00)

Bu siniflərdə dərslərin açılması yubana bilər - SƏBƏB

“Hər açılmadan sonra 14 gün ərzində müəyyən olunur ki, bu, yoluxmaya daha çox səbəb olur, yoxsa yox”. 

APA-nın məlumatına görə, bunu media nümayəndələri üçün "Tədrisin ənənəvi formasının bərpası" mövzusunda keçirilən onlayn seminarda  Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib.

Onun sözlərinə görə, fevralın 1-də əyani dərslər bərpa olunandan sonra xeyli sayda hərəkətlilik yaranacaq, çünki şagirdlər dərsə valideynləri ilə gedirlər. Şəhərdaxili hərəkətlilik çoxalacaq: "Bu səbəbdən 14 gün ərzində yoluxma kritik həddə çatsa, V-IX siniflərdə dərslərin açılması yubanacaq, amma vəziyyət stabil olacaqsa, onlar üçün də dərslər açılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2025
avatar

Oxşar yazılar