Bu rayonlara yağış yağır   - FAKTİKİ HAVA
25 aprel 2025 19:30 (UTC +04:00)

Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA

Aprelin 25-i saat 19:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, hazırda Daşkəsən, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Şəmkir, Ağstafa, Qax, Tovuz, Sədərək, Gədəbəy, Göygöl, Gəncə, Ceyrançöl və Mingəçevirdə şimşək çaxır, arabir yağış yağır.

Hazırda qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 28, Ağdamda 24, Tərtər və Goranboyda 23, Culfada 22, Şəki və Kəlbəcərdə 20, Gəncə və Xınalıqda 16 m/s-yə çatır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 31, Aran rayonlarında 25, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti qeydə alınır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545

Oxşar yazılar