Bu il yol qəzalarında 10 velosipedçi ölüb
20 noyabr 2024 12:52 (UTC +04:00)

Bu il yol qəzalarında 10 velosipedçi ölüb

Velosiped ekoloji, iqtisadi, sağlamlıq baxımından əlverişli nəqliyyat vasitəsidir. Bununla yanaşı, velosipedçilərin yol hərəkətinin müdafiəsiz iştirakçılarından biri olduğunu da unutmamalıyıq.

Lent.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, cari ilin 10 ayı ərzində velosipedçilərin vurulması ilə nəticələnən 20 yol-nəqliyyat hadisəsində 10 nəfərin həyatını itirməsi, 10 nəfərin xəsarət alması da deyilənləri təsdiq edir.

Bildirilib ki, xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarının kənarında yerləşən yaşayış məntəqələrinin sakinləri arasında velosipeddən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət olunmaması, o cümlədən sutkanın qaranlıq vaxtı, yaxud məhdud görünmə şəraitində digər hərəkət iştirakçılarının onları aydın görə bilmələri üçün zəruri tədbirlər görmədən, habelə nasaz və lazımınca təchiz edilməmiş velosipedlə yüksək sürətli avtomobil yoluna çıxılması ağırlıq dərəcəsi yüksək olan qəzaların baş verməsinə real zəmin yaradır:

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha velosipedçiləri, eləcə də ikitəkərli nəqliyyat vasitəsi idarə edən hər bir sürücünü təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırır!"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2113

Oxşar yazılar

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO

6 iyun 2025 , 14:39
Sabah bu rayonlara qar yağacaq  - PROQNOZ

Sabah bu rayonlara qar yağacaq - PROQNOZ

6 iyun 2025 , 12:07
Əksər rayonlara leysan yağır - FAKTİKİ HAVA

Əksər rayonlara leysan yağır - FAKTİKİ HAVA

6 iyun 2025 , 10:32
"Qaragenlə görüşməyi özümə yaraşdırmıram"  - Allahşükür Paşazadə

"Qaragenlə görüşməyi özümə yaraşdırmıram" - Allahşükür Paşazadə

6 iyun 2025 , 09:53
Azərbaycanda bayram namazı  qılınır

Azərbaycanda bayram namazı qılınır

6 iyun 2025 , 08:01
Azərbaycanda Qurban bayramı  tətili başladı

Azərbaycanda Qurban bayramı tətili başladı

6 iyun 2025 , 01:16
Azərbaycanda Qurban bayramı  qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur

6 iyun 2025 , 01:14
Prezidentdən Qurban bayramı PAYLAŞIMI

Prezidentdən Qurban bayramı PAYLAŞIMI

6 iyun 2025 , 00:17