Bu gün ilaxır çərşənbə – Torpaq çərşənbəsidir
18 mart 2025 00:09 (UTC +04:00)

Bu gün ilaxır çərşənbə – Torpaq çərşənbəsidir

Bu gün Azərbaycanda Novruz bayramının 4 çərşənbəsindən sonuncusu, ilaxır çərşənbə – Torpaq çərşənbəsidir.

Lent.az xəbər verir ki, Novruzdan əvvəl onun bərəkətlilik simvolu olan 4 çərşənbə qeyd edilir - Su, Od, Yel və ilaxır çərşənbə - Torpaq çərşənbəsi. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.

Axır çərşənbə günü bayram süfrəsi açılır, tonqal qalanır, plov dəmlənir, səməni, xonça bəzədilir. İlaxır çərşənbənin qapı pusmaq, şam yandırmaq, bayramlaşmaq, fala baxmaq və bir çox adət-ənənələri var. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər.

Qeyd edək ki, bu il Yaz fəsli Azərbaycana 20 mart 13:01-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 848

Oxşar yazılar

"Nikah müqaviləsi məcburi olmalıdır" - Fazil Mustafa

"Nikah müqaviləsi məcburi olmalıdır" - Fazil Mustafa

18 mart 2025 , 12:41
Bakıya  aramsız yağış,   rayonlara qar yağacaq  - Sabahın HAVASI

Bakıya aramsız yağış, rayonlara qar yağacaq - Sabahın HAVASI

18 mart 2025 , 12:15
Xüsusi karantin rejiminin müddəti uzadıldı

Xüsusi karantin rejiminin müddəti uzadıldı

18 mart 2025 , 12:06
Saray körpüsü  istifadəyə verildi

Saray körpüsü istifadəyə verildi

18 mart 2025 , 11:41
Axır çərşənbədə bunları MÜTLƏQ EDİN

Axır çərşənbədə bunları MÜTLƏQ EDİN

18 mart 2025 , 10:28
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

18 mart 2025 , 09:25
Beş BÜRC yaxın günlərdə  elə xoş xəbərlər   alacaq ki...

Beş BÜRC yaxın günlərdə elə xoş xəbərlər alacaq ki...

18 mart 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

18 mart 2025 , 08:19