Bu gün birinci siniflərə qəbul başlayır
01 may 2025 00:01 (UTC +04:00)

Bu gün birinci siniflərə qəbul başlayır

Myın 1-i 11:00 dan etibarən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. 

Bu barədə  Lent.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib. 

Bildirilib ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310

Oxşar yazılar