Oktyabrın 22-si saat 22:00-a olan faktiki hava açıqlanıb.
Lent.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 22-si saat 22:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi Lənkəran-Astara bölgəsində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə leysan xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır.
Düşən yağlntının miqdarı Astarada 36 mm, Lənkəranda 18 mm, Yardımlıda 14 mm, Lerikdə 9 mm-dir.
Yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Lerikdə 6 sm təşkil edir.
Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir.
***
18:57
Havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,
Azərbaycanın rayonlarında
Oktyabrın 23-də Lənkəran-Astara bölgəsində fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərində leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.