Bayram günləri bu yollar bağlı olacaq - SİYAHI
18 mart 2022 18:26 (UTC +04:00)

Bayram günləri bu yollar bağlı olacaq - SİYAHI

Novruz bayramı ilə bağlı tətil günlərində Bakıda nəqliyyat intensivliyinin azalmasından istifadə edərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi martın 22-27-dək bir-neçə küçə və prospektdə təmir iaparılmasını nəzərdə tutur.

Agentlikdən Lent.az-a verilən məlumata görə, təmir işləri aşağıda qeyd olunan küçə və prospektlərin müəyyən hissələrində aparılacaq. 

Sürücülərdən həmin küçə və prospektdə aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, həmin günlərdə təmir işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Təmir işləri aparılacaq küçələr:

1. Mikayıl Müşfiq küçəsi (“Qurd qapısı”ndan Mətbuat prospektinə qədər);

2. Rəşid Behbudov küçəsi (Dilarə Əliyeva küçəsindən Süleyman Rəhimov küçəsinə qədər);

3. A. Salamzadə küçəsi ("Qələbə dairəsi”ndən tunelin giriş hissəsinə qədər - 3 yerdə);

4. Nazim Hikmət küçəsi (Musabəyov dairəsi);

5. Tbilisi prospektinin yan yolu (Seyidcəfər Pişəvəri küçəsindən “20 Yanvar dairəsi”nə qədər);

6. Ziya Bünyadov prospekti ("Azadlıq" körpüsünün üstü - 3 yerdə); 

7. Ziya Bünyadov prospekti (Asif Məhərrəmov küçəsindən "20 Yanvar dairəsi”nə qədər);

8. Azadlıq prospekti (Naxçıvani küçəsindən tunelin giriş hissəsinə qədər);

9. Ziya Bünyadov prospekti (İbrahimpaşa Dadaşov küçəsindən "Santral" mağazaya qədər olan hissə - 6 yerdə);

10. Ziya Bünyadov prospekti ("Santral" mağazanın qarşısında yan yollar);

11. Şəhər şossesi (Zabrat yolu); 

12. "Koroğlu" körpüsünün üstü (Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsi istiqamətində);

13. Bakı Dairəvi I yolu ("Binə" ticarət mərkəzindən Biləcəri istiqamətində);

14. Heydər Əliyev prospekti - Mərdəkan - Bilgəh avtomobil yolunun rənglənməsi;

15. Suraxanı rayonu ərazisində Səttar Bəhlulzadə küçəsi;

16. Salyan şossesi (Arif İsmayılov küçəsindən "20 sahə dairəsi”nə qədər).

# 3732
avatar

Mehman Nəbiyev

Oxşar yazılar