Bakıda yağış zamanı pəncərə və eyvandan su axmaması üçün bunları edin - Memar DANIŞIR   -VİDEO
08 may 2025 14:13 (UTC +04:00)

Bakıda yağış zamanı pəncərə və eyvandan su axmaması üçün bunları edin - Memar DANIŞIR -VİDEO

Ötən günlərdə, xüsusən bölgələrdə yağan intensiv yağışlar həyətyanı sahələrə zərər verməklə yanaşı, tikililəri də subasmaya məruz qoyub. Təəssüf ki, bu hal təkcə kənd yerlərinə deyil, eləcə paytaxtdakı həyət evlərində də müşahidə olunur. 

Artıq elə vəziyyət yaranıb ki, yağış yağanda ya pəncərələrə dəsmallar qoyulur, ya da daman suların altına boş qablar düzülür…

Bəs nə etməli? İntensiv yağışlardan evimizi necə qoruyaq? 

Azərbaycanın tanınmış memarı Cahid Həsənov Lent.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, subasmaların səbəbi pəncərə və qapıların yerləşdirilməsində tələb olunan qaydalara əməl olunmamasıdır:

“Pəncərə və qapıların yerləşdiyi hissədə uklonun belinin düz olmaması belə fəsadlara gətirib, çıxarır. 

Bu kimi hallarla üzləşməmək üçün pəncərə və qapıların ətrafında keyfiyyətli kermetikadan istifadə olunmalıdır. Hələ keçmişdə evlərdə taxta pəncərə və qapılardan daha çox istifadə olunurdu. O zamanlar heç, bu kimi hallarla üzləşmirdik.

Ev sahibi qapı və pəncərə sifariş verərkən firmaların peşəkarlığına bələd olmalıdır. Çox təəssüf ki, ucuz olsun deyə, qiymətə aldanaraq hər tinbaşı açılmış sexlərdən daimi yaşanılacaq evlərə sifarişlər verilir. 

Primitiv şəkildə qoyulan pəncərə və qapılarda mühəndis qaydalarına əməl olunmamasından dolayı sudammalar müşahidə olunur”.

Memar həmçinin, yeni ev alacaq insanlara da səslənib:

Plasstik və ya taxtadan fərq etməz, tikintidə hər bir detalın yerləşdirmə, quraşdırma qaydaları var. Ev alan, alacaq insanlar müqavilə ilə bütün texniki göstəricilərə əməl olunan evlərə üz tutsalar, sonrasında bu kimi neqativ və xoşagəlməz hallarla rastlaşmazlar”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 764

Oxşar yazılar