Bakıda güclü yağışdan məktəbin hasarı uçdu, dərs dayandırılıb
22 oktyabr 2024 11:53 (UTC +04:00)

Bakıda güclü yağışdan məktəbin hasarı uçdu, dərs dayandırılıb

Davamlı yağışlar nəticəsində gecə saatlarında 123 nömrəli tam orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçub.

Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir.

Oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1491
avatar

Oxşar yazılar