Daxil olan vətəndaş müraciətləri əsasında 15, 147, 185, 186 və 213 saylı marşrut xətləri üzrə təhlillər aparılıb. Sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilmədiyindən müsabiqəyə çıxarılıb.
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Müsabiqə Nazirlər Kabinetinin 2009-cu il aprelin 3-dəki 52 saylı qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər.