Bakı və Abşeronun bəzi yerləri qazsız qalacaq
12 dekabr 2024 09:15 (UTC +04:00)

Bakı və Abşeronun bəzi yerləri qazsız qalacaq

4

Bu gün Abşeron rayonu, həmçinin Bakının Qaradağ və Binəqədi rayonlarının bəzi qəsəbələrinin qaz təchizatında fasilə yaranacaq.

Lent.az bu barədə "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, “Qaradağ-Sumqayıt” magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə dekabrın 12-də saat 10:00-dan “Müşfiqabad”, “Ceyranbatan” və “Pirəkəşkül” qaz paylayıcı stansiyalardan (QPS) qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-bərpa işləri aparılan müddətdə Abşeron rayonu üzrə Aşağı-Güzdək, Daş Güzdək, Atyalı, Hökməli, Nübar, Müşfiqabad Qaçqınlar şəhərciyinin və 12 sənaye müəssisəsinin, Abşeron rayonu üzrə Ceyranbatan və Saray qəsəbələrinin, Çaylı-Qobustan yaşayış massivinin və 3 sənaye müəssisəsinin, Qaradağ rayonu üzrə isə Müşfiqabad qəsəbəsinin, Binəqədi rayonu üzrə 28 May qəsəbəsinin və 12 sənaye müəssisənin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
4
# 9092

Oxşar yazılar