"Azəriqaz” bayram günləri necə işləyəcək? - AÇIQLAMA
26 may 2026 18:49 (UTC +04:00)

"Azəriqaz” bayram günləri necə işləyəcək? - AÇIQLAMA

0

"Azəriqaz" İB Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Lent.az xəbər verir ki, birliyin Müştəri əməliyyatları şöbəsinin əməkdaşları mayın 27-i və  31-i saat 10:00-dan 17:00-dək Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt RQİİ-lərin inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində abonentlərə xidmət göstərəcəklər.

Həmçinin Bakı RQİİ-nin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar.

Mayın 30-da "ASAN Kommunal",  30-31-də  "ASAN xidmət" mərkəzləri vətəndaşlara xidmət göstərəcək.

Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104/185 Çağrı Mərkəzinə məlumat versinlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 154

Oxşar yazılar