Azərbaycanın bu ərazilərinə QAR YAĞDI -FOTO
22 oktyabr 2024 10:01 (UTC +04:00)

Azərbaycanın bu ərazilərinə QAR YAĞDI -FOTO

Oktyabrın 22-si saat 9:00-a olan məlumatına əsasən sinoptiklər tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağır.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Binədə 86 mm (aylıq normanın 306 %-i), Maştağada 60 mm (aylıq normanın 150%-i), Pirallahıda 47 mm (aylıq normanın 197%-i), Çilov adasında 37 mm (aylıq normanın 159%-i), Bakıda 32 mm ( aylıq normanın 114%-i), Sumqayıtda 14 mm (aylıq normanın 52%-i) təşkil edir.

Lerikdə 24 mm, Neftçalada 21 mm, Xaçmaz, Qobustanda 18 mm, Lənkəran, Cəfərxanda 14 mm, Şabran, Sabirabadda 13 mm, Quba, Xaltanda 12 mm, Oğuz, Ağsu, Altıağac, Astarada 10 mm, Qusar, İsmayıllı, Mingəçevirdə 7 mm, Zəngilan, Qəbələdə 6 mm, Yevlaxda 5 mm, Şəkidə 4 mm, Göyçay, Yardımlı, Şahbuz, Ağdamda 3 mm, Şuşa, Şamaxı, Qrız, İmişli, Şahdağ, Şirvan, Biləsuvarda 2 mm, Füzuli, Kəlbəcər, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Balakən, Qax (Sarıbaş), Tərtər, Salyan, Zərdab, Kürdəmirdə 1 mm-dək olub.

Şahdağ, Gədəbəy, Daşkəsən, Qrız, Xınalıqda qar yağıb.
Oktyabrın 21-i saat 22:40 radələrində Oğuz rayonu Xaçmaz və Xaçmaz qışlaq kəndlərinə diametri 4-5 mm olan, saat 23:50 radələrində isə Şəkinin Oxud və Kiş kəndlərinə diametri 3-4 mm olan dolu düşüb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 0-5, Aran rayonlarında 11 dərəcəyədək isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2964

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04