Azərbaycanda son sutkada COVID-dən ölənlər oldu
23 fevral 2023 00:14 (UTC +04:00)

Azərbaycanda son sutkada COVID-dən ölənlər oldu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 31 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 426 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 167 nəfər müalicə olunaraq sağalıb, 10 108 nəfər vəfat edib, aktiv xəstə sayı 151 nəfərdir.

Ölkədə son sutka ərzində 1 286, hazırkı dövrədək isə 7 517 428 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2181
avatar

Oxşar yazılar