Azərbaycanda girov qoyub həbsdən çıxmaq mümkündür? - AÇIQLAMA
17 aprel 2022 14:10 (UTC +04:00)

Azərbaycanda girov qoyub həbsdən çıxmaq mümkündür? - AÇIQLAMA

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu həbs olunan şəxsin istintaq dövründə girov qarşılığında azadlıqda olması ilə bağlıdır.

Əksər xarici ölkələrdə müəyyən miqdarda məbləğin girov qoyulması ilə saxlanılan şəxs istintaq dövründə sərbəst buraxılır. Yəni, bir sözlə təyin olunan həbs-qətimkan tədbiri həmin qanuni girov sayəsində dəyişdirilir və şəxs bu müddəti öz evində sərbəst qalır.

Azərbaycan qanunvericiliyində necə, belə hal mümkündürmü? Sualımıza “Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev aydınlıq gətirib. O, açıqlamasında girovun hansı cinayəti törədən şəxslərə aid olmasını qeyd edib:

“Girov qismində qətimkan tədbiri, böyük ictimai təhlükə törətməyən və ya az ağır, habelə ictimai təhlükəliliyi yalnız maddi ziyanla bağlı olan və ya ehtiyatsızlıq üzündən ağır cinayətləri törətməkdə ittiham olunan şəxsin cinayət prosesini həyata keçirən orqanın sərəncamında qalmasını təmin etmək məqsədi ilə təyin olunur. Bu isə məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləği, qiymətli kağız və ya digər qiymətli əşyaları dövlət bankında məhkəmənin depozitinə qoymaqdan ibarətdir. 

Məhkəmənin qərarı ilə girov qismində daşınmaz əmlak da qəbul edilə bilər. Girov böyük ictimai təhlükə törətməyən, cinayət törədilməsinə görə verilmiş ittiham üzrə - beş min manatdan, az ağır və ya ictimai təhlükəliliyi yalnız maddi ziyanla bağlı olan və yaxud ehtiyatsızlıq üzündən ağır cinayət törədilməsinə görə verilmiş ittiham üzrə - on min manatdan az olmamalıdır.

Girovun məbləği cinayət nəticəsində vurulmuş ziyandan və ya onun ödənilməmiş hissəsindən artıq olmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3900
avatar

Mehman Nəbiyev

Oxşar yazılar