Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 822 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 677 nəfər müalicə olunaraq sağalıb, 9 937 nəfər vəfat edib, aktiv xəstə sayı 345 nəfərdir.
Ölkədə son sutka ərzində 1 345, hazırkı dövrədək isə 7 307 057 test aparılıb.