“Azərbaycanda ailə dəyərlərinə qarşı hibrid təhdidlər” layihəsinin icrasına başlanıldı
01 may 2025 16:42 (UTC +04:00)

“Azərbaycanda ailə dəyərlərinə qarşı hibrid təhdidlər” layihəsinin icrasına başlanıldı

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanda ailə dəyərlərinə qarşı hibrid təhdidlər” layihəsinin icrasına başlayıb.

Lent.az-ın məlumatına görə, layihənin məqsədi ailə dəyərlərinə olan hibrid təhdidlərə qarşı gənclərimizi milli mənəvi dəyərlər və ailə dəyərləri ilə bağlı maarifləndirməkdir. 
Layihə çərçivəsində araşdırma yazılar hazırlanacaq. 3 ay davam edəcək layihə çərçivəsində hazırlanacaq 24 araşdırma yazıyla gənclər ailə dəyərlərinə qarşı hibrid təhdidlər barədə məlumatlandırılacaq Ailə dəyərlərinə olan hibrid təhdidlərə qarşı gənclərimizi milli mənəvi dəyərlər və ailə dəyərləri ilə bağlı maarifləndirməklə bu yöndə effektiv mübarizə aparmaq olar. Bu, həm də vətəndaş cəmiyyəti institutları olaraq QHT-lə və medianın əsas vəzifələrindən biri olmalıdır. Layihədə bu sahədə həm də medianın səfərbər edilməsi nəzərdə tutulur. 24 məqalənin 12 media orqanında dərci buna xidmət edir. Bununla QHT-nin media resurslarını səfərbər edərək bu sahədə bir nümunə göstərmiş olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 152

Oxşar yazılar